İran ordusu "Falaq" radar sisteminin yenilənmiş formasını təqdim edib

İran ordusu "Falaq" radar sisteminin yenilənmiş formasını təqdim edib
  • Clock-gray 13:33
  • calendar-gray 10 Avqust 2019

Bu gün səhər İran ordusu "Falaq" radar sisteminin yenilənmiş və təkmilləşmiş formasını təqdim edib.

APA-nın Tehran bürosunun məlumatına görə, təqdimat mərasiində İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Komandanı, briqada generalı Əlirza Səbahifərd iştirak edib.

Məlumata görə, sistem 400 km məsafədə müxtəlif növ raketlər, kruiz və ballistik, qırıcı təyyarələr və hətta gizli hədəfləri aşkaretmə qabiliyyətinə malikdir. 
Bildirilir ki, bu, "S300 HHM" sisteminin təkmilləşdirilmiş formasıdır.

İran HHM komandanı Ə. Səbahifərd deyib ki, “Falaq” radar sistemi üzərində 2300 nəfər saat  iş görülərək, yenidən qurulub. Sistem yeni texnologiyalarla  təchiz olunub.  Onun sözlərinə görə, bu işləri iranlı mütəxəsislər ediblər.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date