İran Prezidentinin qardaşının cəzası azaldılıb

İran Prezidentinin qardaşının cəzası azaldılıb
  • Clock-gray 13:43
  • calendar-gray 01 Oktyabr 2019

İran Prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydunun həbs müddəti azaldılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Ali Məhkəməsinin nümayəndəsi Qulam Hüseyn İsmaili bildirib.

O deyib ki, H. Fereydunun barəsində çıxarılmış 7 il azadlıqdan məhrum etmə qərarı Apelyasiya Məhkəməsinin qərarına əsasən 5 ilə endirilib.

Qeyd edək ki, Prezident Həsən Ruhaninin müşaviri olmuş H. Fereydun 2017-ci ildə həbs edilib. O korrupsiyada ittiham olunur.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date