İran saxladığı Britaniya gəmisinin 7 ekipaj üzvünü azad edib

İran saxladığı Britaniya gəmisinin 7 ekipaj üzvünü azad edib
  • Clock-gray 12:33
  • calendar-gray 04 Sentyabr 2019

İran saxladığı Britaniya gəmisinin 7 ekipaj üzvünü azad edib.

APA-nın Tehran bürosunun məlumatına görə,  bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, bu addım İranın humanist addımıdır və həmin şəxslər ölkəni tərk edərək öz ölkələrinə qayıda bilərlər.

Qeyd edək ki,  İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması iyul ayında Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə saxlayıb.

 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date