İranda valyuta qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa olunub

İranda valyuta qaçaqmalçılığı ilə məşğul olan dəstə ifşa olunub
  • Clock-gray 15:08
  • calendar-gray 06 Avqust 2019

İranın Hörmüzqan əyalətində valyuta qaçaqmalçılığı ilə məşğul olan dəstənin üzvləri saxlanılıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Təhlükəsizlik naziri Seyid Mahmud Ələvi deyib ki, dəstə üzvləri 2016 və 2018-ci illərdə formal ticarət şirkətləri yaradıb, milyonlarla tümən rüşvət verməklə əhalinin ehtiyacı olan əsas məhsulların idxalı ilə məşğul olublar. 

Dəstə üzvləri müxtəlif banklardan 250 milyon dollardan artıq vəsait əldə edib, azad bazarda dolların qiymətinin yuxarı olmasından istifadə edərək qanunsuz olaraq milyardlarla tümən vəsait mənimsəyiblər.  

Həbs olunan şəxslərin neçə nəfər olduğu və kimliyi ilə bağlı açıqlama verilməyib.

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date