İranlı zəvvarlar İraqda yol qəzasına düşüb, 8 zəvvar ölüb, 30-u xəsarət alıb

 İranlı zəvvarlar İraqda yol qəzasına düşüb, 8 zəvvar ölüb, 30-u xəsarət alıb
  • Clock-gray 11:42
  • calendar-gray 11 Oktyabr 2019

İranlı zəvvarları daşıyan avtobus İraq ərazisində qəzaya düşüb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, içərisində zəvvarlar olan avtobus digər avtobusla toqquşub.

Nəticədə 8 iranlı zəvvar ölüb, 30-u isə müxtəlif dərəcəli xəsarətlər alıb.  

İranlı zəvvarlar İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə Kərbəla şəhərinə gedirmişlər.

Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə ziyarətə gedir.

Bu il Ərbəin oktyabrın 19-na təsadüf edir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date