İraq və Suriya sərhədlərində əməliyyatlar üzrə səlahiyyətlər Türkiyə Parlamentində bir il uzadıldı

İraq və Suriya sərhədlərində əməliyyatlar üzrə səlahiyyətlər Türkiyə Parlamentində bir il uzadıldı 
  • Clock-gray 00:33
  • calendar-gray 09 Oktyabr 2019


Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında İraq və Suriyada transsərhəd  əməliyyatlar üzrə prezidentin səlahiyyətlərinin bir il uzadılması müzakirə edilib və təsdiqlənib. 

APA-nın yerli bürosunun məlumatına görə, oktyabrın 4-də parlamentə təqdim olunan sənədlər toplusunda Türkiyənin cənub sərhədləri, Türkiyənin İraq və Suriya bölgələrindəki qonşu sərhədyanı ərazilərində milli təhlükəsizliyin risk altında olması, bu risklərin getdikcə artması səbəbindən müdafiəni gücləndirmək üçün prezidentin səlahiyyət müddətinin 1 il uzadılması zəruriliyi bildirilib və Türkiyə Silahlı Qüvvələrinə sözügedən ərazilərdə əlavə səlahiyyətlər verilməsi istənilib. 

Parlamentin Baş Məclisində Xalqların Demokrat Partiyası (HDP) xaric bütün partiyalardan təmsil olunan millət vəkilləri sənədin lehinə səs verib. 

Həmçinin aparıcı müxalifət partiyalarından Cümhuriyyət Xalq  Partiyası və İyi Partiya liderləri də sənədin təsdiqini dəstəkləyib. 
 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date