İraqla İran arasındakı Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb

İraqla İran arasındakı Şələmçə sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb
  • Clock-gray 23:41
  • calendar-gray 10 Oktyabr 2019

İranla İraq arasında əcnəbi vətəndaşların gediş-gəliş üçün istifadə etdyi yeganə sərhəd-keçid məntəqəsi olan Şələmçə müvəqqəti olaraq bağlanıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ərbəin qərargahının Ərvənd Azad zonası üzrə rəhbəri Qulamrza Şəriəti deyib.

Q.Şəriəti deyib ki, Şələmçə sərhəd-keçid məntəqəsi az öncə bağlanıb və sərhədin nə qədər bağlı qalacağı ilə bağlı yaxın zamanlarda açıqlama veriləcək: “Sərhədin bağlanmasına səbəb İraq tərəfdə nəqliyyat vasitələrinin çoxluğu, yanacaq çatışmazlığı və zəvvarların izdihamıdır”.

O qeyd edib ki, hazırda problemlərin aradan qaldırılması istiqamətində İraq tərəfi ilə danışıqlar aparılır. 

Qeyd edək ki, İraq və İran arasında İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə və Kirmanşah əyalətində Xosrəvi sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.

İran Daxili İşlər Nazirliyi elan edib ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran-İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilərlər.

Hər il İmam Hüseyn və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.

Bu il Ərbəin miladi təqvim ilə oktyabrın 19-na təsadüf edir.
 

Süleyman Fərzəliyev

Digər xəbərlər

Arxiv

date