Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsi üçün komissiya yaradıb

Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsi üçün komissiya yaradıb
  • Clock-gray 17:40
  • calendar-gray 30 İyul 2019

Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsinə dair qərarların icrası edilməsi üçün komissiya yaradıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Azadlıq Hərəkatının İnqilab Şurasının sədri Məcid Əl-Fətyani deyib.

Əl-Fətyani bildirib ki, komissiya 1993-cü ildən bəri İsraillə imzalanmış sazişlərə baxacaq.

Qeyd edək ki, iyulun 25-də Fələstin lideri Mahmud Abbas Yerusəlim (Qüds) ətrafında yerləşən Fələstin kəndi, Vadi Humusda israillilərin söküntü işləri aparmasına cavab olaraq İsrail tərəfi ilə imzalanmış sazişlərin dayandırılmasına qərar verib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date