İndoneziyada kibrit fabrikində yanğın baş verib, 30 nəfər ölüb

İndoneziyada kibrit fabrikində yanğın baş verib, 30 nəfər ölüb
# 21 iyun 2019 14:26 (UTC +04:00)

İndoneziyada kibrit fabrikində güclü yanğın çoxsaylı insanın həyatına son qoyub.

APA-nın “İndia Times”ə istinadən verdiyi xəbərə görə, İndoneziyanın Şimali Sumatra əyalətində kibrit fabriki kimi istifadə olunan evdə baş verən güclü yanğın nəticəsinə 30 insan həyatını itirib.

Fəlakətlərin aradan qaldırılması üzrə yerli agentliyin nümayəndəsi ölənlər arasında uşaqların da olduğunu bildirib. Yanğın baş verən evin sahibəsi evi dörd ildən artıqdır ki, yerli iş adamlarından birinə icarəyə verdiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR