ABŞ pilotsuz aparatının İran tərəfindən vurulması xəbərini təkzib edib - YENİLƏNİB

ABŞ pilotsuz aparatının İran tərəfindən vurulması xəbərini təkzib edib - YENİLƏNİB
# 20 iyun 2019 10:29 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi Bill Urban İranın ABŞ-a məxsus pilotsuz aparatı vurması xəbərini təkzib edib.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb.

“İran ərazisində Amerikaya məxsus pilotsuz aparat olmayıb”, - deyə o bildirib.

***

07:35

İran hərbçiləri Fars körfəzinin girişində ABŞ-a məxsus kəşfiyyatçı funksiyalı pilotsuz uçan aparatı (PUA) vurub.

APA xəbər verir ki, bu barədə “PressTV” məlumat yayıb.

Telekanalın məlumatına görə, SEPAH-ın hərbçilərinin vurduğu PUA Amerikanın “Global Hawk” tipli aparatıdır.

İran tərəfinin açıqlamasına görə, ABŞ-a məxsus aparat İranın hava məkanını pozub. İnsidentin Hormazqan əyaləti yaxınlığında baş verdiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR