İran, İraq və Suriya multimodal nəqliyyat dəhlizi yaradır

İran, İraq və Suriya multimodal nəqliyyat dəhlizi yaradır
# 02 iyul 2019 14:35 (UTC +04:00)

İran, İraq və Suriya multimodal nəqliyyat dəhlizi yaradır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.

Onun sözlərinə görə, bu dəhliz vasitəsi ilə İrandan İraq və Suriyaya, həmçinin əks istiqamətdə yükdaşımaları həyata keçiriləcək: “Üç ölkə İpək yolu çərçivəsində şərq-qərb tranzit şəbəkəsini inkişaf etdirmək, bu dəhlizin Orta Asiyaya birləşməsi, gömrük və sərhəd xərclərinin bərabərləşdirilməsi, Şələmçə - Bəsrə dəmir yolu xəttinin İran tərəfindən tikilməsi və dəmir yolu vasitəsilə sərnişin və yükdaşımaların həyata keçirilməsi haqqında razılıq əldə ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR