İranda  sərhəd pozucuları ilə atışmada iki Sepah üzvü həyatını itirib

İranda  sərhəd pozucuları ilə atışmada iki Sepah üzvü həyatını itirib
# 02 iyul 2019 21:28 (UTC +04:00)

İranın Qərbi Azərbaycan əyalətinin Çaldıran bölgəsində sərhəddi keçməyə çalışan silahlı qruplaşma üzvləri ilə İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) qüvvələri arasında atışma baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, atışma bu gün səhər saatlarında baş verib.
Sepahın Setideş-Şühədə qərargah qüvvələri sərhədi keçməyə çalışan terrorçuları zərərsizləşdirib. Onlardan ikisi öldürülüb, digərləri isə yaralı ələ keçirilib. Silahlıların tam sayı açıqlanmayıb.

Atışma zamanı isə Sepah qüvvələrindən 2 hərbçi həyatını ititib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR