İranda zəlzələdə xəsarət alanların sayı 104 nəfərə çatıb

İranda zəlzələdə xəsarət alanların sayı 104 nəfərə çatıb
# 09 iyul 2019 10:51 (UTC +04:00)

İranın Xuzestan əyalətində ötən gün səhər baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 104 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Xuzestan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin sədri Məhəmmədəmin Zərgər deyib. Onun sözlərinə görə, xəsarət alan şəxslərin müalicəsi davam edir.

Qeyd edək ki, iyulun 8-də Xuzestan əyalətinin Məscid Süleyman bölgəsində 4,1 gücündə zəlzələ baş verib. İlkin məlumatlarda zəlzələ nəticəsində 2 nəfərin öldüyü, 64 nəfərin xəsarət aldığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR