İranda baş verən zəlzələdə bir nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB

İranda baş verən zəlzələdə bir nəfər ölüb, 20 nəfər yaralanıb - YENİLƏNİB
# 08 iyul 2019 12:36 (UTC +04:00)

Bu gün İranın Xuzestan əyalətində baş verən güclü zəlzələdə bir nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Xuzestan əyalətinin Böhranın İdarəetmə mərkəzinn bildilib ki, zəlzələ nəticəsində daha 20 nəfər xəsarət alıb.

Yeraltı təkanlar müxtəlif yerlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub. Elektrik stansiyalarına və bir çox infrastruktura ziyan dəyib. Mobil telefonların fəaliyyətində problemlər yaranıb.

***

11.49

İranın Xuzestan əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, maqnitudası 5,7 olan zəlzələ yerli vaxtla saat 11:32 dəqiqədə Xuzestan əyalətinin mərkəzində və ətraf şəhərlərdə qeydə alınıb.

Zəlzələ əhali arasında təşvişə səbəb olub və onlar evlərini tərk edib.

Yeraltı təkanlar Əhvaz, Şadqan, Məscid Süleyman, Həmidiyyə, Şuştər, Həftgel, Şuş, Mahşəhr, Huveyzə, Dezful və Andika şəhərlərində hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR