İranda zəvvarların Həcc ziyarətinə gediş-dönüşünü yerli aviaşirkətlər həyata keçirəcək

İranda zəvvarların Həcc ziyarətinə gediş-dönüşünü yerli aviaşirkətlər həyata keçirəcək
# 10 iyun 2019 13:59 (UTC +04:00)

Bu ildən İranda zəvvarların Həcc ziyarətinə gediş-dönüşünü İran aviaşirkətləri həyata keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının sədri Əlirza Rəşidiyan deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına uçuşlar iyulun 8-dən başlayacaq və avqustun 18-dən dönüş uçuşları həyat keçiriləcək.

Ə.Rəşidiyan deyib ki, bu il Səudiyyə Ərəbistanı ilə bir sıra müsbət razılaşmalar əldə olunub: “Bu razılaşmalar arasında Həcc və Ziyarət Təşkilatının ofisinin Səudiyyə Ərəbistanda açılması, dua və mərasimlərin təşkili, zəvvarların məskunlaşması, yemək və digər xidmətlərlə təmini, zəvvarların sayının 81 min nəfərdən 84 min nəfərə qədər artırılması kimi məsələlər var. Hər iki istiqamətdə uçuşu yerli aviaşirkət həyata keçirəcəyi üçün biletlərin qiymətlərində də güzəştlərin edilməsi gözlənilir”.

Xatırladaq ki, ötən ilə qədər Səudiyyə Krallığı ilə əldə olunmuş razılığa əsasən, zəvvarların gediş-gəlişi üçün uçuşların 50 faizini kral ailəsinə məxsus aviaşirkətlər həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR