İranın axtarışa verdiyi bank rəhbəri İspaniyada tutulub

İranın axtarışa verdiyi bank rəhbəri İspaniyada tutulub
# 11 iyun 2019 16:12 (UTC +04:00)

İranın “Sərmayə” bankının sabiq baş direktoru Əlirza Heydərabadi Interpol vasitəsilə İspaniyada həbs olunub və İrana təhvil verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Heydərabadi İran iqtisadiyyatına ziyan vurmaqda, xəyanətdə və korrupsiya əməllərində ittiham olunur.

O, “Sərmayə” banka qarşı cinayət işi başladıldıqdan sonra ölkədən qaçmışdı.

Hazırda bankın daha bir neçə əməkdaşına dair məhkəmə prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR