İranın neft naziri: "Sanksiyalardan sonra İran adı ilə neft ixrac edə bilmirik"

İranın neft naziri: "Sanksiyalardan sonra İran adı ilə neft ixrac edə bilmirik"
# 19 iyun 2019 13:31 (UTC +04:00)

“Tramp administrasiyasının tətbiq etdiyi sanksiyalardan sonra hazırda İran adı ilə neft ixrac edə bilmirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

O əlavə edib ki, hazırda vəziyyət müharibə dövründə olduğundan da ağırıdır: “Çünki müharibə dövründə neft ixracatında problemimiz yox idi, Səddam Hüseyn bizim neft qurğularımızı vururdu, biz neft satıb pulunu ala bilirdik, lakin indi proses daha da ağır olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR