İndoneziya sahillərində 7,4 bal gücündə zəlzələ olub

İndoneziya sahillərində 7,4 bal gücündə zəlzələ olub
# 14 noyabr 2019 23:04 (UTC +04:00)

İndoneziya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Bildirilir ki, zəlzələ yerli vaxtla saat 16:17-də qeydə alınıb. Zəlzələlərin episentri Ternate şəhərindən 133 kilometr şimal-qərbdə yerləşib. Ocağı isə 62 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR