İndoneziyada əhaliyə vulkan xəbərdarlığı edilib

İndoneziyada əhaliyə vulkan xəbərdarlığı edilib
# 09 noyabr 2019 21:23 (UTC +04:00)

İndoneziyanın Merapi yanar dağında vulkanın oyanması ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edilib.


APA yerli "Kompas" qəzetinə istinadla xəbər verir ki, Mərkəzi Cava əyalətindəki Merapi dağında vulkanın aktivləşməsi nəticəsində kraterdən min metr yüksəklikdə kül və tüstü qatı meydana gəlib.

Vulkanın püskürməsi Vonolelo, Savanqan və Magelanq yaşayış məskənlərində çirkli yağışların yağmasına səbəb olub.

Hökumət rəsmiləri tərəfindən əhaliyə kraterdən ən azı 3 kilometr radiusda uzaqlaşmaq barədə çağırış edilib.

Xatırladaq ki, 2010-cu ildə 2 min 968 metr yüksəklikdə aktivləşən sözügedən vulkanından ətrafa yayılan lavalar 347 adamın həyatına son qoymuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR