İran ölkənin şimal-qərbində hərbi təlimlər keçirəcək

İran ölkənin şimal-qərbində hərbi təlimlər keçirəcək
# 19 noyabr 2019 12:08 (UTC +04:00)

İran Silahlı Qüvvələrinin Quru Qoşunları ölkənin şimal-qərbində hərbi təlimlər keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, hərbi təlimlərdə 40 və 41-ci batalyonlar, 25-ci xüsusi təyinatlı qüvvələr, 321-ci hücum bölməsi, pilotsuz uçuş aparatları iştirak edəcək.

Hərbi təlimlər gecə və gündüz şəraitində ordunun gücünün artırılması məqsədilə keçirilir.

Hərbi təlimlərə helikopterlər də dəstək göstərəcək.

Günün ikinci yarısında başlayacaq təlimlərdə müxtəlif döyüş taktikalarından istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR