İran Türkiyə şirkətləri vasitəsilə Avropaya qaz ixrac etmək istəyir

İran Türkiyə şirkətləri vasitəsilə Avropaya qaz ixrac etmək istəyir
# 13 sentyabr 2019 12:02 (UTC +04:00)

“İran Türkiyə şirkətləri vasitəsilə Avropaya qaz ixrac etmək üçün danışıqlar aparır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Neft nazirinin müavini və Milli qaz şirkətinin baş direktoru Həsən Müntəzir Türbəti deyib.

O bildirib ki, İran qazının Avropaya ixracı məsələsi icra olunarsa, qaz alan ilk ölkə Yunanıstan olacaq: “Avropaya qaz ixracatı ciddi məsələdir. Lazımi infrastruktur və şərait mövcuddur. Lakin bunun üçün siyasi maneələr aradan qaldırılmalıdır”.

Nazir müavini deyib ki, bu məsələ ilə bağlı Avropanın bir çox şirkətləri ilə müzakirələr aparılıb, lakin hələlik müsbət nəticə əldə olunmayıb: “Avropa ölkələrində daha çox özəl sektorda fəaliyyət göstərən şirkətlər İran qazını almaq istəyir. Əgər bu baş verərsə, Türkiyə yolu ilə qaz Avropaya nəql olunacaq”.

H. Müntəzir Türbəti vurğulayıb ki, bu haqda Türkiyə şirkətləri ilə müzakirələr aparılıb.

O qeyd edib ki, "İpək Yolu" ilə İranın qaz ixracı üçün əlverişli şərait mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR