İran və Qırğızıstan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb

İran və Qırğızıstan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalayıb
# 13 sentyabr 2019 10:44 (UTC +04:00)

İranın Daxili İşlər naziri Əbdürrza Rəhmani Fəzli Qırğızıstana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, səfər zamanı iranlı nazir qırğızıstanlı həmkarı ilə görüşüb.

Görüşdə regionda sabitliyin qorunması, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində İran və Qırğızıstan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR