İranda mikroavtobus dərəyə aşıb, 5 nəfər ölüb

İranda mikroavtobus dərəyə aşıb, 5 nəfər ölüb
# 09 sentyabr 2019 09:34 (UTC +04:00)

İranın Lorestan əyalətində mikroavtobus dərəyə aşıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumata görə, mikroavtobusun sərnişinləri Əliqodərz bölgəsində yerləşən ziyarətgaha gedən Əfqanıstan zəvvarları olub.

Yaralılar xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR