İranda zəlzələ olub

İranda zəlzələ olub
# 17 iyul 2019 09:48 (UTC +04:00)

İranın Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində zəlzələ baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Mazandaran əyalətinin Neka şəhərində 4,2 bal gücündə qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar bölgədə təşvişə səbəb olub, sakinlər evlərini tərk edərək küçələrə çıxıblar.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR