İranın bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb

İranın bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb
# 23 sentyabr 2019 10:57 (UTC +04:00)

Bu gündən İranın Şərqi Azərbaycan əyalətinin bəzi məktəblərində Azərbaycan dilinin tədrisinə başlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Şərqi Azərbaycan vilayətinin Təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib.

“Şərqi Azərbaycan əyalətinin təhsil-təlim şurasında bu barədə qərar qəbul edilib. Qərarda Azərbaycan dili pilot layihə çərçivəsində həftədə iki dəfə olmaqla, ümumilikdə, bir tədris ilində 60 saatdan çox olmayaraq tədris olunacaq”, - C. Paşayi vurğulayıb.

O bildirib ki, Azərbaycan dili IV və IX siniflərdə tədris olunacaq.

Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan C. Paşayi qeyd edib ki, İran Konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir.

Dərslərin məzmununu və tədris saatlarını məktəblər müəyyənləşdirəcək.

Məlumata görə, artıq məktəblər və müəllimlərin sayı müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR