İstanbulda binada yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib

İstanbulda binada yanğın olub, 5 nəfər tüstüdən zəhərlənib
# 18 sentyabr 2019 17:53 (UTC +04:00)

İstanbulda 5 mərtəbəli binada yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, binanın birinci mərtəbəsindəki kafenin bacasında meydana gələn yanğın yuxarı mərtəbələrə yayılıb. Sakinlər təxliyə olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib.

Hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR