Kim Cin In böyükölçülü reaktiv sistemin sınağında iştirak edib

Kim Cin In böyükölçülü reaktiv sistemin sınağında iştirak edib
# 11 sentyabr 2019 03:52 (UTC +04:00)


Şimali Koreya lideri Kim Cin In çərşənbə axşamı böyükölçülü reaktiv sistemin sınağında iştirak edib.

APA xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) xəbər yayıb.

Daha əvvəl bildirilib ki, çərşənbə axşamı səhər Şimali Koreya Pyeonq Namdo əyalətindən Yapon dənizinə doğru iki raket mərmisi buraxıb.

Yapon hərbçilərinin təhlillərinə görə, may ayından bəri onuncu belə raket sınaqları keçirilib: “Bunlar üç növ yeni modifikasiyalı raketləridir. 4 və 9 may, 25 iyul və 6 avqust tarixlərində “İskəndər” raket kompleksinə bənzər yeni modifikasiya edilmiş qısamənzilli bərk yanacaqlı raketlər buraxılıb.
Avqust ayında Şimali Koreyanın "super böyükölçülü raket sistemi" adlandırdığı qurğulardan mərmilər buraxılıb. Avqustun 10 və 16-da atılan raketlər isə ABŞ istehsalı olan “ACMS”-ə bənzəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR