Küveyt Səudiyyə Ərəbistanındakı hücumlardan sonra dövlət obyektlərində təhlükəsizliyi artırır

Küveyt Səudiyyə Ərəbistanındakı hücumlardan sonra dövlət obyektlərində təhlükəsizliyi artırır
# 16 sentyabr 2019 03:19 (UTC +04:00)

Küveyt hökuməti Səudiyyə Ərəbistanının neft və qaz şirkəti “Saudi Aramco”ya hücumdan sonra strateji əhəmiyyətli dövlət obyektlərində təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Küveytin “KUNA” xəbər agentliyi KUNA ölkənin baş nazirinin müavini Anas əs-Salehin verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Əs-Salehin sözlərinə görə, Küveytin baş naziri Caber əl-Mübarək əl-Həməd əs-Sabah Səudiyyə Ərəbistanındakı neftayırma zavodlarına hücumların fonunda ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görülməsi və ölkədəki strateji əhəmiyyətli obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə hərbi və təhlükəsizlik qüvvələrinə tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR