KXDR ABŞ-a sentyabrda danışıqları bərpa etmək barədə təklif edib

KXDR ABŞ-a sentyabrda danışıqları bərpa etmək barədə təklif edib
  • Clock-gray 22:14
  • calendar-gray 09 Sentyabr 2019

KXDR sentyabr ayının sonunda ABŞ ilə danışıqları bərpa etməyə hazırdır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Şimali Koreyanın xarici işlər nazirinin birinci müavini Çoi Son Hi Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən yayımlanan açıqlamasında bildirib.

“Sentyabrın ikinci yarısında razılaşdırılmış yerdə və müəyyən bir tarixdə bu günə qədər danışdığımız mövzuların Amerika tərəfi ilə hərtərəfli müzakirəsini aparmağa hazırıq”, -  deyə agentlik KXDR xarici işlər nazirinin birinci müavinindən sitat gətirib.

Qeyd edək ki, KXDR və ABŞ liderləri Kim Çen In və Donald Tramp arasında iki dəfə - 12 iyun 2018-ci ildə Sinqapurda və 2019-cu ilin fevralında Vyetnamda görüş keçirilib. Sonuncu görüş nəticəsiz qalıb və liderlər uzun müddət iki Koreya dövlətinin sərhədində görüşməyiblər.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date