"Əl-Qaidə"nin yüksək rütbəli komandiri öldürülüb

"Əl-Qaidə"nin yüksək rütbəli komandiri öldürülüb
# 30 mart 2021 18:25 (UTC +04:00)

"Əl-Qaidə" terror təşkilatının yüksək ranqlı komandiri Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, terror qruplaşmasının Hindistan yarımadasındakı yüksək rütbəli komandiri Əbu Məhəmməd ət-Tacik olaraq tanınan Dövlət Bek Taciki ölkənin şərqindəki Paktika əyalətində Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı məhv edilib.

Onunla birlikdə "Taliban" qruplaşmasının komandiri Həzrət Əlinin də öldürüldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR