Əli Laricani: "İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını vura bilər"

Əli Laricani: "İran ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını vura bilər"
# 13 dekabr 2019 15:49 (UTC +04:00)

"ABŞ-ın İrana qarşı hərbi təcavüzü baş verərsə, rəsmi Tehran Birləşmiş Ştatların Yaxın Şərqdəki hərbi bazalarını vuracaq".

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran parlamentinin spikeri Əli Laricani bildirib.

Onun sözlərinə görə, İran ABŞ-ın bölgədəki ssenarilərinə cavab vermək gücündədir: "ABŞ-ın regiondakı hərbi bazalarını hədəfə ala bilərik. Bu, onlar üçün çox böyük fəlakətə səbəb ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR