Livanın Dəməşqdəki səfirliyində partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Livanın Dəməşqdəki səfirliyində partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb
# 12 noyabr 2019 08:28 (UTC +04:00)


Suriyanın paytaxtı Dəməşqdə Livan səfirliyində partlayış olub.


APA TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər həyatını itirib, altı nəfər yaralanıb.

Yerli SANA xəbər agentliyi qurbanların artacağını istisna etməyib.

Hələlik partlayışın səbəbləri və kim tərəfindən törədildiyi barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR