İndoneziyada Malayziyaya istiqamətlənən konteyner gəmisi limana çırpılıb

İndoneziyada Malayziyaya istiqamətlənən konteyner gəmisi limana çırpılıb
# 15 iyul 2019 08:57 (UTC +04:00)

İndoneziyanın “Semarang” limanında “Soul of Luck” adlı konteyner gəmisi sahil çırpılıb.

APA “İHA”ya istinadən xəbər verir ki, adıçəkilən gəmi Malayziyanın “Klang” Limanı istiqamətində hərəkət edirmiş.

Hadisə gəminin idarəetməni itirməsi üzündən baş verdiyi bildirilir.

Gəminin limana çırpılması ciddi dağıntılara səbəb olub.

Yerli dövlət rəsmiləri qəzada ölənlərin olmadığını bildirib. Xəsarət alan bir nəfər heyət üzvü xəstəxanaya yerləşdirilib.

Hazırda limana giriş-çıxış müvəqqəti olaraq bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR