Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”

Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”
# 19 avqust 2019 17:48 (UTC +04:00)

“Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Finlandiyada səfərdə olan İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Hazırda rəsmi Tehran danışıqlarda maraqlı deyil. İran və ABŞ arasında danışaqlar üçün əsaslar olmalıdır. Biz sazişdən imtina etmirik. Bu, mükəmməl sazişdir, çünki heç bir tərəfin tamamilə razı qalmaması yaxşı sazişin göstəricisidir. Saziş tərəflərindən biri tam razı qalsa, deməli, saziş pisdir. Bildiyim qədərilə, ABŞ-da heç bir inqilab baş verməyib, sadəcə hökumət dəyişib. Sabiq hökumət tərəfindən əldə edilmiş sazişlər yeni hökumət tərəfindən yerinə yetirilməlidir”, - İranın XİN rəhbəri deyib.

Onun sözlərinə görə, İran əməkdaşlıq və dialoq üçün açıq qalır.

Qeyd edək ki, ABŞ İranla nüvə proqramı üzrə sazişdən çıxıb və İrana qarşı sanksiyaları bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR