Məhəmməd Cavad Zərif sabah Küveytə səfər edəcək

Məhəmməd Cavad Zərif sabah Küveytə səfər edəcək
# 16 avqust 2019 12:35 (UTC +04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif sabah Küveytə səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi deyib.

A.Musəvi bildirib ki, birgünlük səfər zamanı M.C.Zərif Küveyt rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxlaq məsələləri müzakirə edəcək.

Bundan başqa, bəzi xəbər saytları M.C.Zərifin bir neçə Avropa ölkəsinə səfər edəcəyi ilə bağlı da məlumat yayıb.

Finlandiya XİN-ə istinadla yayımlanan xəbərdə bildirilir ki, İran XİN başçısı avqustun 19-da Helsinkiyə səfər edəcək. Oradan İsveç və Norveçə gedəcək.

Qeyd edək ki, ABŞ İran XİN-in başçısı Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR