Məhkəmə ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, İstanbul 14-cü Ağır Cinayətlər Məhkəməsi növbəti prosesin dekabrın 11-də keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Metin Topuz FETÖ terror təşkilatına casusluq etməkdə ittiham olunur. Onun vəkilləri ittihamı rədd edərək, M. Topuzun ABŞ-a ekstradisiyasını tələb edib.