Əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı xəstəxanadan buraxılıb

Əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı xəstəxanadan buraxılıb
# 31 iyul 2020 06:11 (UTC +04:00)

Öd kisəsindən əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz Al Saud Ər-Riyadda yerləşən Kral Feysəl Xəstəxanasından çıxarılıb.

APA yerli “SPA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kral sarayı açıqlama yayıb.

Qeyd edək ki, öd kisəsi iltihabı diaqnozu qoyulan 84 yaşlı kral Salman iyulun 20-də tibbi müayinə üçün xəstəxanaya yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR