Naməlum silahlılar Bağdadda "Al Hadath" telekanalının ofisinə hücum edib

Naməlum silahlılar Bağdadda "Al Hadath" telekanalının ofisinə hücum edib
# 06 oktyabr 2019 01:01 (UTC +04:00)

Maskalı naməlum silahlılar Bağdadda “Al Hadath” peyk telekanalının ofisinə basqın edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə birbaşa yayımda həmin telekanalın əməkdaşı Məcid Həmid bildirib.

Onun sözlərinə görə, silahlı hücum zamanı əməkdaşlar arasında xəsarət alanlar olub: “Həmkarlarımdan biri başından aldığı zərbə nəticəsində ciddi travma alıb”.

Hazırda hücumla bağlı istintaq araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR