NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı haqlı narahatlıqları var”

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı haqlı narahatlıqları var”
  • Clock-gray 17:16
  • calendar-gray 11 Oktyabr 2019

NATO baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla görüşüb.

APA-nın xəbərinə görə bu barədə NATO baş katibi "Twitter"də bildirib.

"Türkiyə prezidenti, nazirlər Mövlud Çavuşoğlu və Hulusi Akarla vacib görüşlər keçirdim. Biz Türkiyənin Suriyanın şimalında apardığı hərbi əməliyyatları müzakirə etdik. Türkiyənin təhlükəsizliklə bağlı haqlı narahatlıqları olsa da, mən Türkiyənin təmkinli davranacağını gözləyirəm. İŞİD-lə mübarizədə qazanılan uğurlar təhlükə altına düşməməlidir”, - deyə NATO baş katibi qeyd edib.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date