Nepalda avtobus çaya düşüb, 15 nəfər ölüb

Nepalda avtobus çaya düşüb, 15 nəfər ölüb
# 03 noyabr 2019 19:05 (UTC +04:00)

Bu gün Nepalda avtobus çaya düşüb.

APA-nın xəbərinə görə, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

Paytaxt Katmanduya gələn avtobus Sindxupalçok rayonunda yoldan çıxıb və çaya düşüb. Nəticədə ən azı 15 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6-nın durumu ağırdır.

“DD News” telekanalı ölənlər arasında 8 qadın və 2 uşağın olduğu barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR