Netanyahunun partiyası Knesset seçkilərində ən yaxın rəqibinə bir yer uduzur

Netanyahunun partiyası Knesset seçkilərində ən yaxın rəqibinə bir yer uduzur
# 18 sentyabr 2019 02:24 (UTC +04:00)

İsrailin baş naziri Benyamin Netanyahunun “Likud” partiyası təkrar parlament seçkilərinin nəticələrindən sonra İsrail Müdafiə Qüvvələri Baş Qərargahının keçmiş rəhbəri Beni Qanzın başçılıq etdiyi “Kahol-Lavan” mərkəzçi blokuna bir yer hesabı ilə uduzur.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir göstərici İsrailin 12-ci telekanalının apardığı ekzitpol nəticələri əsasında əldə olunub.

Eyni zamanda yerli televiziyanın 13-cü kanalının ekzitpol nəticələri göstərir ki, “Kahol-Lavan” Knessetdə (İsrail parlamenti) 54-58 yer, “Likud” isə 54-57 yer tutacaq. 11-ci kanalın hesablamasına görə, hər iki partiya 120 yerlik birpalatalı parlamentdə 55 deputat mandatı əldə edə biləcək.

Ölkənin sabiq müdafiə naziri Aviqdor Libermanın “İsrail – Bizim evimiz” partiyasının isə Knessetdə 8-10 yer tutmaq imkanı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR