Netenyahu İordan çayının qərbindəki qəsəbələri ilhaq edəcəyini vəd edib

Netenyahu İordan çayının qərbindəki qəsəbələri ilhaq edəcəyini vəd edib
  • Clock-gray 12:03
  • calendar-gray 01 Sentyabr 2019

İsrail baş naziri Binyamin Netenyahu İordan çayının qərbində Fələstin ərazilərində yerləşən bütün yəhudi qəsəbələrinin ilhaq ediləcəyini vəd edib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hazırda yüz min yəhudinin yaşadığı qəsəbələr Şərqi Qüds və Colan təpələrindən fərqli olaraq, qanunvericiliyə əsasən İsrailin bir hissəsi sayılmır.

B. Netenyahu "Twitter" səhifəsində yazıb ki, İsrailin suverenliyini bütün qəsəbələrdə təmin edəcəklər.

Qeyd edək ki, baş nazir postunu qorumağa çalışan B. Netenyahunun bu bəyanatı parlament seçkilərindən 3 həftə əvvələ təsadüf edir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date