Ötən həftə Yaponiyada istidən 23 nəfər ölüb

Ötən həftə Yaponiyada istidən 23 nəfər ölüb
# 14 avqust 2019 11:59 (UTC +04:00)

Ötən həftə Yaponiyada davamlı istilər səbəbindən 23 nəfər ölüb, 12 mindən artıq şəxs isə xəstəxanaya yerləşdirilib.

APA-nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“Avqustun 5-dən qeydə alınan istilər nəticəsində 12751 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 23-ü həyatını itirib”, - idarənin məlumatında deyilir.

Ölüm halları Yaponiyanın 20 prefekturasında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR