Pakistan hindistanlı diplomatı ölkədən qovub

Pakistan hindistanlı diplomatı ölkədən qovub
# 07 avqust 2019 18:10 (UTC +04:00)

Pakistan yüksək vəzifəli hindistanlı diplomatı ölkədən qovub.

APA BBC-yə istinadən xəbər verir ki, Pakistan Hindistanla ticarət əlaqələrini də dayandırıb.

Qeyd edək ki, avqustun 5-də Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq birbaşa federal hökumət tərəfindən idarə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR