Pakistanda yol qəzalarında ən azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb

Pakistanda yol qəzalarında ən azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb
# 11 iyul 2019 10:32 (UTC +04:00)

Pakistanın Pəncab vilayətinin Attok şəhərində yol qəzası nəticəsində ən azı 13 nəfər ölüb, onlarla insan xəsarət alıb.

APA-nın Geo TV-yə istinadən verdiyi məlumata görə, Lahor istiqamətində hərəkətdə olan avtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb. Avtobusda 59 nəfər olub. Hazırda hadisə yerində xilasedicilər çalışır.

Pəncab vilayətdə baş verən digər qəzada da xeyli sayda ölən və yaralanan var. Sərnişin və yük qatarların toqquşması nəticəsində ən azı 9 nəfər ölüb, 67 nəfər xəsarət alıb. Kvettadan Lahor istiqamətində hərəkət edən sərnişin qatarı Rahimyar-Har şəhərində dayanmış yük qatarına çırpılıb. Yaralananlar arasında 9 qadın, 11 uşağın olduğu bildirilir. Ölənlərin sayının artacağı ehtimal edilir.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR