Pakistanda baş vermiş silahlı atışmada azı 14 nəfər ölüb

Pakistanda baş vermiş silahlı atışmada azı 14 nəfər ölüb
# 18 oktyabr 2019 07:13 (UTC +04:00)

Pakistanın Hayber-Paxtunxva əyalətində iki qəbilə arasında baş verən atışmada azı 14 nəfər ölüb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Geo.tv” televiziya kanalı məlumat yayıb.

Məlumata görə, həll edilməmiş mübahisələr, köhnə ədavət fonunda Marvat və Betani qəbilələri arasında toqquşma baş verib.

Hazırda polis hadisəni araşdırır və atışma iştirakçılarını axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR