Pakistanda körpünün uçması nəticəsində 24 nəfər ölüb

Pakistanda körpünün uçması nəticəsində 24 nəfər ölüb
# 31 avqust 2019 10:49 (UTC +04:00)

Pakistanda körpünün uçması nəticəsində toy mərasimindən qayıdan avtomobil çaya düşüb.

APA-nın "Dawn"a istinadən verdiyi məlumata görə, ən azı 24 nəfər ölüb.

Həlak olan 24 şəxsin eyni ailənin üzvləri olduğu bildirilir. Körpü avtomobilin ağırlığına tab gətirməyib. Polis və yerli sakinlər ölənlərin cəsədlərinin axtarışını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR