PKK rəhbərlərindən biri öldürülüb

PKK rəhbərlərindən biri öldürülüb
# 07 iyul 2019 18:12 (UTC +04:00)

Türkiyə xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK terror təşkilatının rəhbərlərin biri olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd öldürülüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü olan 46 yaşlı terrorçu iyunun 27-də Şimali İraqda Qəndil dağındakı Kortek bölgəsində məhv edilib.

Bununla da PKK-nın qərargahının yerləşdiyi Qəndil dağında ilk dəfə terror təşkilatının rəhbərliyində yer alan şəxs öldürülüb.

Qeyd edək ki, Abdulla Öcalanın yaxalanmasından sonra İdarə Heyətinin terror təşkilatının fəaliyyətində rolu artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR