Qətərə məxsus iki sərnişin təyyarəsi İrana təcili eniş edib

Qətərə məxsus iki sərnişin təyyarəsi İrana təcili eniş edib
# 10 noyabr 2019 20:40 (UTC +04:00)

Qətər hava yollarına məxsus iki təyyarə İranın Şiraz şəhərində təcili eniş edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Şiraz şəhərinin şəhid Dəstğeyb hava limanının mətbuat xidmətinin rəhbəri Ehsan Ostuvar deyib.

Onun sözlərinə görə, Qətər hava yollarına məxsus iki "Boeing 777" və "Boeing 778" tipli sərnişin təyyarələri havanın əlverişsiz olmasına görə Şiraz hava limanında enməli olub. "Boeing 777" sərnişin təyyarəsi yanacaq aldıqdan və hava şəraiti düzəldikdən sonra uçuşunu davam etdirib. Lakin digər təyyarənin pilotunun uçuş saatı dolduğu üçün hələ də Şiraz hava limanındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR