Qəzza zolağından İsrailə beş raket atılıb

Qəzza zolağından İsrailə beş raket atılıb
# 07 sentyabr 2019 04:16 (UTC +04:00)

Qəzza zolağından İsrail ərazisinə beş raket atəşi açılıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, raketlərdən biri İsrailin Fələstinlə sərhəddə yerləşən Sderot şəhərinin kənarındakı açıq əraziyə düşüb. Qələpələrin düşdüyü yerlərdə yanğın olub, lakin tələfat qeydə alınmayıb.

Qeyd edək ki, İsrail ərazisinə raketlərin atılması sərhəddə fələstinlilərin ənənəvi cümə nümayişindən sonra baş verib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, nümayişlər zamanı 14 və 17 yaşlı iki fələstinli öldürülüb, 76 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR